Hər həftənin çərşənbə günü saat 22.45-də Space Tv-də "Təəccüb Çevrəsi" adli illüziya dolu şou proqram olacaq.

Unikal.org
-un məlumatına görə, veriliş aparıcı Mələk Heydərova və illüziyaçi Çingiz Həziyevin təqdimatında efirə gedəcək. Aparıcı Mələk Heydərova bir müddət aradan sonra yenidən efirə qayıdıb. Aparıcı xanım sükutu belə pozub:

"Yenidən efirə qayıdıram. Həqiqətən çox maraqlı şou ilə doğma kanalım Space-də yenidən tamaşaçıların qarşısına çıxacağam. Həmkarım çox peşəkar illüziyaçi Çingiz Həziyevdir. Fərqli bir veriliş olacaq. Insanları sözün yaxşı mənasında şoka salacağıq".

Mələk etirazını da bildirib: "Etiraz deməzdim, amma heç xoşuma gəlmir məni aktrisa kimi təqdim edəndə. Mən aktrisa deyiləm, aparıcıyam. Aktrisa kimi başlasam da mən özümü aparıcı kimi tanıtdım. Son zamanlar nə filmlərə, nə də ki reklamlara çəkilmirəm. Özümü aparıcı kimi görürəm və özümü aparıcı kimi xoşbəxt hiss edirəm. Sevdiyim rejissor və ssenari olsa o zaman film və ya reklama çəkilərəm".