Yaxın zamanlarda Hövsan qəsəbəsində sosial mənzil layihəsi üzrə baş planın hazırlanması başa çatacaq.

Unikal.org  Trend-ə istinadən bildirir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev deyib.

Onun sözlərinə görə, baş planın təsdiq olunmasından sonra layihə-smeta sənədləşməsinə hazırlıq başlayacaq.

Hövsan qəsəbəsində sosial mənzillərin tikintisi üçün 20 hektar ərazi ayrılıb. Ümumilikdə, 3 min mənzilin tikilməsi planlaşdırılır: "Biz, həmçinin məktəblər və uşaq bağçalarının layihələşdirilməsinə başlamağı planlaşdırırıq".

S.Nuriyev qeyd edib ki, bundan başqa, sosial mənzil əldə etmək istəyən şəxslərin qeydiyyat sisteminin yaradılması üçün iş aparılır. Qeydiyyat prosesi bu il mayın 1-dən başlayacaq.