Əfqanıstanın paytaxtı Kabildə nəzarət-keçid məntəqəsində partlayış baş verib.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 5 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Məlumata əsasən, partlayış terrorçu-kamikadze tərəfindən törədilib.

Terror aktına görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb