Ermənistanın paytaxtı İrəvanda dinc vəziyyətdə öldürülən, lakin cinayətlərin üstü açılmayan əsgələrin anaları etiraz aksiyası keçiriblər.

Unikal.org azvision.az-a istinadən xəbər verir ki, hökumət binasının qarşısında keçirilən etiraz aksiyası zamanı əsgər anaları övladlarının qatillərinin tapılaraq cəzalandırılmasını tələb ediblər.

"Cinayət işləri özünəqəsd adı altında bağlanır. Real cinayətkarlar cəzasız qalır. Biz baş nazirin ofisinə gedirik, o, bizi qəbul etmir və deyir ki, müdafiə nazirinin qəbuluna gedək. Müdafiə naziri Viqen Sarkisyan isə məsələdən xəbərsiz olduğunu bildirir. Bəs onda niyə o vəzifəni tutur? O, üzr istəməlidir",- deyə övladını itirən valideynlərdən biri söyləyib.

Etirazçılar müdafiə nazirinin onlara hörmətsizlik etdiyini deyir.