Şimali Koreya zarin sinir qazı ilə təchiz olunmuş yeni nəsil raket istehsal edə bilər.
Bu sözləri Yaponiya Baş naziri Şinzo Abe deyib.
Zarin sinir qazının nüvə silahlarına daxil edildiyini deyən Abe Şimali Koreyanın bu gün daha bir raket sınağı həyata keçirəcəyini iddia edib.
Qeyd edək ki, bu gün Yaponiyanın Şimali Koreyaya qarşı ABŞ-a dəstək üçün donanma göndərdiyi barədə məlumat yayılıb.