Gürcüstan parlementi sədrinin keçmiş müavini Vaxtanq Rçeulişvili 63 yaşında vəfat edib.

Unikal.org Gürcüstan KİV-inə istinadən xəbər verir ki, o, bir neçə həftə əvvəl xəstəxanaya yerləşdirilmişdi.

İnformasiyaya əsasən, V.Rçeulişvili "Point sentr qrup tikinti şirkətinin yaradıcısıdır. O, 1992-1995-ci illərdə parlament sədrinin müavini olub.