Xəbər verdiyimiz kimi, ötən gün "Hozu filminin qala gecəsi baş tutub.
Unikal.org-un məlumatına görə, ekran işində rol alan əməkdar artist Elza Seyidcahan təqdimatda yaradıcı heyətdən küsərək gecəni tez tərk edib.
Axşam.az-a açıqlama verən müğənni filmin yaradıcılarına səslənib. İfaçı bildirib ki, ona verilən vədlərə əməl olunmayıb:
"Bu məsələnin səbəbini ictimaiətə açıqlamaq istəmirəm, onların özlərinə deyəcəm. İnsanı filmə dəvət edəndə çox vəd verirlər. Heç olmasa, bunlara əməl etsinlər. Mən orada çəkilmək istəmirdim, tərəddüt edirdim. Orada klounluq etməmişəm, sənətimi göstərmişəm. Başa düşməlidirlər ki, onların filmində adi yoldan keçən müğənni yox, ölkənin əməkdar artisti, sənətkar çəkilib. Orada təbii gözəlliyimi göstərdim. Elza Seyidcahanın qədəmləri harda varsa, ora uğur gətirir. Mən də onlara xeyir-dua verirəm, uğurlu olsun.
E.Seyidcahan qalaya qatılarkən söz-söhbətə səbəb olan geyindiyi libasından, saç düzümündən, alnındakı xaç şəkli və makiyajından danışıb:
"Dedilər ki, guya üzümdə və saçımda xaç var. Mən dinini itirən insan deyiləm. Həyatda ən böyük arzum namaz qılmaq və onu heç vaxt atmamaqdır. İndi xoşbəxt deyiləm, çünki namaz qılmıram. Mənim daxili aləmim namaza yaraşır. Məni xalqın gözündən salmağa çalışırlar, amma alınmayacaq. Başını möhürə qoyub, kənarda yüz pislik edənlərdən deyiləm. İmanlı müsəlmanam, imansız yox.