Seneqalın cənub-şərqində müsəlmanların dini mərasimi zamanı baş verən yanğın nəticəsində 22 nəfər ölüb, 87 nəfər xəsarət alıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin Mədinə Qonas şəhərində yerləşən ziyarətgahda olub. Xəsarət alanlardan 20-sinin vəziyəti ağırdır.