Bu gün UEFA Avropa Liqasının 1/4 final mərhələsində keçiriləcək "Beşiktaş - "Lion qarşılaşması öncəsi ermənilər təxribata əl atıblar.
Unikal.org-un Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, erməni əsilli Fransa vətəndaşları əllərində "ermənilər üçün oynayın sözləri yazılan plakatlarla stadiona daxil olublar.
Kristian Manoukyan adlı tərəfdar ermənilərin "Lionu dəstəklədiyini deyib.
"Bizim qəlbimizdə türklərə yer yoxdur. Bütün ermənilər "Lionun qələbə qazanmasını istəyir. İstəyirik, "Lionun futbolçuları ermənilər üçün oynayıb, qələbə qazansınlar.
Bir qrup erməni isə türkiyəli tərəfdarların stadiona buraxılmamasını tələb edib.