Belarus 2016-17-ci illər üzrə təbii qaza görə Rusiyanın "Qazprom şirkətinə olan $726,2 mln. dollar borcunu tam ödəyib.
Unikal.org-un xəbərinə görə, bu barədə "RİA Novostiyə şirkətdən bildirilib.
"Belarus "Qazprom şirkəti qarşısında 2016-17-ci illər üzrə Rusiya qazına görə $726,2 mln. dollar məbləğində yaranan debitor borcunu tam ödəyib, - deyə məlumatda bildirilir.
Beləliklə, Belarus və Rusiya bir neçə aydır davam edən neft-qaz münaqişəsini qismən nizamlamış olublar.