Rusiyanın "Pervıy kanal telekanalı "Eurovision-2017 mahnı müsabiqəsini yayımlamaqdan imtina edib.

Unikal.org-un RNS-ə istinadən verdiyi xəbərə görə, bu barədə telekanalın mətbuat xidmətindən bildirilib.

"Bu gün Avropa Yayım İttifaqından (AYİ) "Pervıy kanala daxil olan məktubda AYİ-nin Yuliya Samoylovanın "Eurovision-2017 mahnı müsabiqəsində iştirakı məsələsini nizamlaya bilmədiyi qeyd edilib. Yaranmış vəziyyətdə "Pervıy kanal telekanalı "Eurovision-2017 mahnı müsabiqəsinin yayımlanmasını mümkünsüz hesab edir, - deyə telekanalın mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Y.Samoylova Krımda konsertlə çıxış etdiyinə görə, rəsmi Kiyev onun ölkəyə girişinə qadağa qoyub. Müğənni Rusiyanı "Eurovision-2017-də "Flame Is Burning" mahnısı ilə təmsil edəcəkdi.