Amerika hərbçiləri Əfqanıstanda nüvə silahı sayılmayan fövqəlgüclü fuqas tipli aviasiya bombasından istifadə ediblər. 

Unikal.org CNN-ə istinadən xəbər verir ki, bu silah növü tarixdə ilk dəfə tətbiq edilib.

Mənbəyə görə, bombadan İŞİD-in tunellərinin məhv edilməsi məqsədilə istifadə olunub.

"CBS News əlavə edir ki, məlumat Pentaqon tərəfindən təsdiqlənib. ABŞ müdafiə qurumunun dəqiqləşdirməsinəı əsasən, zərbə Əfqanıstanın Nanqarhar vilayətində endirilib.