Türkiyədə, Dənizlidəkondisioner firması işçisi42 yaşlı Mehmet Tok22 il çəkdiyi siqareti 8 il əvvəl atarkənbuna xərcləyəcəyi pulu yığmağa başlayıb. 70 min TL yığan Tokbeləcə 2 yüngül ticari maşınvə 1 motosiklet aldığını söyləyib.

Unikal.org bildirir ki, pulu yığmağa qərar verdikdən bir il keçdikdən sonrapul kisəsini açdığını və ağladığını deyən Mehmet Tok:"Pul kisəmi ilk dəfə açdığımda içərisindən çıxan pulları görəndə hönkür-hönkür ağladım", - deyib.

Siqaret çəkməyə günə iki qutu olmaqla 12 yaşında başlayan Mehmet Tok 8 il əvvəl ürəyində yaranan narahatlığa görə həkimlərin tövsiyyəsi ilə atdığını sözlərinə əlavə edib.