Yük avtomobili dəfn mərasimində iştirak edən insanları əzib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Hadisə səhər saatlarında Siçuan vilayətinin Nanyçun şəhər dairəsində baş verib. Məlumata görə, yük maşını dəfn mərasimi iştirakçıları yolun kənarı ilə hərəkət edən zaman onların üzərinə doğru hərəkətlənib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.

Hadisə ilə bağlı təhqiqat başlayıb.