"Star TVdə yayımlanan "Zuhal Topallaevlilik verilişində namizəd olan azərbaycanlı işçtirakçılar Naz Mila və Elmir İsmayılov arasında qalmaqal yaşanıb.
Unikal.org-un məlumatına görə, model və aktyor kimi çalışan Elmir proqrama Naz Mila üçün namizəd kimi qatılıb. Cütlüyün münasibəti ilk vaxtlar yaxşı getsə də, ötən gün aralarında qalmaqal yaşanıb.
Elmirin keçmiş sevgilisinin ona hədiyyə etdiyi üzüyü hələ də barmağında saxlaması Nazı özündən çıxarıb. Dünən isə Naz Elmirin keçmiş sevgilisinin ona zəng etdiyini, xoşagəlməz sözlər dediyini söyləyib:
"Elmirin Əlinin acığına mənimlə sevgili olmaq istədiyini başa düşdüm.
E.İsmayılov bu iddiaları rədd edib. N.Mila onunla münasibəti bitirdiyini söyləyib.