Kollektiv Təhlükəsizlik Müqaviləsinin (KTMT) baş katibi vəzifəsinə yeni təyinat olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki,  bu barədə KTMT-nin baş katibi səlahiyyətlərini müvəqqəti icra edən Valeri Semerikov bildirib.

O, bu vəzifəyə Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Yuri Xaçaturovun təyin olunduğunu söyləyib: "KTMT baş katibi vəzifəsinə təyinat məsələsinə bu gün təşkilata üzv dövlətlərin başçılarının iclasında baxılıb və bu ilin mayın 2-dən bu posta Yuri Xaçaturovun təyin olunması haqqında yekdil qərar qəbul olunub.