Türkiyənin Van şəhərinin Çatak rayonunun Kacit kəndi yolunda təhlükəsizlik qüvvələri əməliyyat apararkən partlayış baş verib.

Unikal.org-un "Milliyetə istinadən verdiyi məlumata görə, PKK terror təşkilatının əraziyə yerləşdirdiyi əl istehsalı partlayıcının partlaması nəticəsində 1 əsgər və 1 meşəbəyi şəhid olub.

Hadisə nəticəsində xəsarət alanların da olduğu bildirilir.

Bölgəyə təcili tibbi yardım avtomobilləri cəlb olunub.

Terrorçuların yaxalanması istiqamətində hava əməliyyatı aparılır.