Şimali Koreya rəhbərliyi ilk dəfə olaraq paytaxt Pxenyanda keçirilən hərbi paradda sualtı qayıqların ballistik raketlərini nümayiş etdirib.
 
"RİA Novostinin yaydığı məlumata görə, sualtı qayıqların "Pukkıkson-2 tipli ballistik raketləri yerli televiziya vasitəsilə yayımlanıb.
 
Qeyd edək ki, bu gün KXDR-nin yaradıcısı Kim İr Senin anadan olmasının 105 illiyi münasibəri ilə Pxenyanda hərbi parad təşkil olunub.

Şimali Koreyanın kommunist lideri Kim Çen İn hərbi paradı ABŞ-ın acığına tələm-tələsik təşkil edildiyidə deyilir.
 
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl Şimali Koreyanı ciddi təhlükə adlandırıb və Koreya yarımadasının sahillərinə aviadaşıyıcı hücum donanması göndərib.