Əfqanıstanın cənubunda Gilmend əyalətində yol kənarındakı minanın partlaması nəticəsində azı 11 dinc sakin ölüb.
Unikal.org-un "France Pressə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət təmsilçisi Ömər Jvak bildirib.
İnformasiyaya əsasən, onlar Nava dairəsindən əyalətin mərkəzi Ləşgərgah şəhərinə səfər edirmiş. Onların olduğu furqon yolun minalanmış hissəsindən keçərkən güclü partlayış olub və nəticədə avtomobildəki sərnişinlərin hamısı ölüb. Məlumata görə, ölənlər arasında qadın və uşaqlar da var.
Xəbərdə bildirilib ki, polis partlayışın məsuliyyətini terrorçu "Taliban hərəkatının üzərinə qoyub. Polsinin sözlərinə görə, mina hərbçilərin daha çox istifadə etdiyi yola döşənib: "Onların hədəfində hərbçilər olub.