ABŞ-da Arizona ştatında aprelin 15-də yerli vaxtla gecə saatlarında ticarət mərkəzlərindən birindəki restoranda baş verən atışma nəticəsində 2 nəfər ölüb, bir nəfər yaralanıb.

Unikal.org CNN-ə istinadən xəbər verir ki, bu haqda yerli polis rəisi Pima Kodi Qress bildirib.

Onun sözlərinə görə, atışma ştatın Tuson şəhərinin şimalında "La Encantada" ticarət mərkəzindəki "Firebirds" restoranında olub: "Onlar tanış olublar. Lakin münasibətlərinin səviyyəsi bizə məlum deyil".

Qeyd edək ki, atışma mübahisə nəticəsində baş verib. Hazırda hadisənin detalları araşdırılır.