ABŞ-ın Əfqanıstanda özünü İslam Dövləti (İŞİD) adlandıran qruplaşma tərəfindən istifadə olunan tunel kompleksinə endirdiyi hava zərbəsində ölən İŞİD döyüşçülərinin sayı 90-a çatıb.
Unikal.org-un "BBC" agentliyinə istinadən verdiyi xəbərə görə, əməlliyat zamanı xüsusu bombadan istifadə olunub.
9,800 kq-lıq GBU-43/B (MOAB) bombası 9 metr uzunluğundadır və ona "bütün bombaların anası" adı verilib.
Bu, ABŞ tərəfindən münaqişələr zamanı atılan ən böyük qeyri-nüvə bombasıdır.