Türkiyədə konstitusiya dəyişiklikləri ilə əlaqədar referendum start götürüb.
Unikal.org bildirir ki, səsvermə prosesi Türkiyənin şərq vilayətlərində yerli vaxtla saat 07:00-da, qalan vilayətlərdə 08:00-da başlayıb.
Məntəqələr müvafiq olaraq saat 16:00 və 17:00-da bağlanacaq.
Ölkənin prezident idarə formasına keçidini nəzərdə tutan konstitusiya dəyişiklikləri ilə əlaqədar referendumda 55 milyona yaxın seçiçi iştirak edəcək.
Türkiyə xaricində yaşayan 3 milyona yaxın seçici dünyanın 57 ölkəsində səs verib.
Qeyd edək ki, ölkə xaricində səsvermə prosesi martın 27-dən aprelin 9-dək baş tutub. Sərhəd-keçid məntəqələrində isə martın 27-i başlayan səsvermə aprelin 16-dək davam edəcək.