Filippinin cənubunda 5,2 bal gücündə zəlzələ baş verib.
Unikal.org-un məlumatına görə, bu barədə "Sinxua" agentliyi ölkənin Vulkanologiya və Seysmologiya İnstitutuna istinadən xəbər verib.
Xəbərdə bildirilir ki, yeraltı təkanlar yerli vaxtla saat 04:46-da Vao şəhərindən 12 kilometr qərbdə, Lanao-del-Sur vilayətində qeydə alınıb. Zəlzələnin episentri 5 kilometr dərinlikdə yerləşib.
Hələlik tələfat və ya dağıntı barəsində məlumat verilmir.