Nyu-Yorkda Con Kennedi adına Beynəlxalq Aeroportda təlim qumbarası tapılıb.

Bu barədə " CBS New York" telekanalı məlumat yayıb.

Qumbara tapılması ilə əlaqədar xidməti bina boşaldılıb. Təlim qumbarası binanın gömrük xidməti yerləşən hissəsində aşkarlanıb. Binaya gələn hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər ki, bu, təlim qumbarasıdır və hərbi təlimlərdə istifadə edilmək üçün aparılır.

Olay aeroportun terminalının işinə təsir etməyib, aeroport normal rejimdə fəaliyyət göstərib. Binadan evakuasiya edilən əməkdaşlar daha sonra iş yerlərinə qayıdıblar.