ABŞ Sakit Okean Komandanlığı Şimali Koreyanın uğursuz ballistik raket sınağı ilə bağlı məlumat yayıb.

Məlumatda raketin atışdan dərhal sonra partladığı bildirilib.

"Müttəfiqlərimiz Yaponiya və Cənubi Koreyanın təhlükəsizliyini qorumaq üçün yaxından əməkdaşlıq edirik, - komandanlığın açıqlamasında bildirilib.

Qeyd edək ki, bu gün Şimali Koreya ordu qüvvələrinin Sinpxo şəhəri yaxınlığında ballistik raket sınağı uğursuzluqla nəticələnib.