Bakıda qadın ehtiyatsızlığının qurbanı olub.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Mehdiyeva Tamaşa Fərman qızı yaşadığı binanın 7-ci mərtəbəsinin eyvanında paltar asarkən yıxılıb. Nəticədə o, hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.