Azərbaycanın xalq artisti Amaliya Pənahova Türkiyədə fəaliyyət göstərən əməkdar artist Məlahət Abbasova haqqında danışıb.

Unikal.org xəbər verir ki, o, Məlahət Abbasovanın özünə baxmamaqda günahlandıraraq, ona irad tutub. Xalq artitsti əməkdar artistin estetik əməliyyata ehtiyacının olduğunu, lakin pulu olmadığı üçün bunu etmədiyini deyib.

Xalq artistinin bu sözlərinə isə əməkdar artistin cavabı gecikməyib:

"Açığını desəm, ondan gözləmirdim. O, professional insandır. Maddi gücü yoxdur deyib. Bu çox komik açıqlamadır. Bu, biraz ucuz söhbətlərdir. Mən istəsəm estetik əməliyyat etdirərəm. Türkiyədə estetik əməliyyat ucuzdur. Aktrisa əməliyyatı o qədər təbii keçirtməlidir ki, onun üz cizgilərində bilinməsin. Əgər üzgün bir ananı canlandıracamsa, necə gözəl olum?.metbuat.az