İngiltərəli əfsanəvi müğənni Tom Cons zorlamada ittiham olunur.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 76 yaşlı sənətçi 1970-ci illərdə gənc bir qıza təcavüz etməkdə təqsirləndirilir

İngiltərədə təxminən 50 yaşlı bir qadın 14 yaşında ikən Tom Consun ona təcavüz etdiyini iddia edib. Bundan sonra istintaq başladılıb.

İddiaya görə, 1970-ci illərdə rəfiqələri ilə Tom Consun konsertinə gedən qızlar şəkil çəkdirmək üçün kulisə giriblər. Mühafizəçilər qız uşağını konsertin keçirildiyi otelin otağına aparıblar. Tom Cons otaqda qıza zorla içki içirərək şəkil çəkdirib. Fotodan 5 dəqiqə sonra isə qıza təcavüz edib.