Müğənni Metin Şentürk qatıldığı proqramlardan birində maraqlı müsahibə verib.
Unikal.org-un Türkiyə mətbuatına istinadən məlumatına görə, o, görmə qabiliyyətini necə itirdiyini danışıb:
"Bodrumda dünyaya gəlmişəm. Uşaq idim o zaman. Evin divarlarını boyayırdılar. Yatırdım deyə məni masanın üzərinə qoyublar. Anidən oyanmışam və masadan yerə yıxılmışam. Başımın arxasındakı beyinciğimin üzərinə düşmüşəm. Belə... Başa düşə bilmirəm ki, məni masanın üzərinə niyə qoyublar? Çörək qabıyammı yoxsa duzqabıyammı?.