"Aşk-ı Memnu", "Möhtəşəm yüz il" və digər ekran işləri ilə tanınan aktrisa Nebahat Çehrəyə kosmetika şirkətindən təklif gəlib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisadan şirkətin siması olması xahiş olunub. Bunun üçün Çehreye 1 milyon lirə təklif olunub.
Lakin məbləğin az olduğunu bildirən aktrisa ilə sonda 1,5 milyon lirəyə razılığa gəlinib.