Müğənni Murad Boz və aktyor Eser Yenenler bir əyləncə məkanında görünüblər.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, onların yanında "İşte benim stilim" yarışması ilə məşhurlaşan Nihal-Bahar Candan bacıları və Özge Bitmez adlı sarışın bir gözəl olub. Onlar birlikdə əyləndikdən sonra məkanda ayrı-ayrılıqda çıxıblar.
Daha sonra əyləncə bir villada davam edib. Səhərə qədər davam edən partinin sonunda villadan ayrılan bacılar paparassiləri görüncə özlərini itiriblər. Villanın mühafizəçiləri də medianı uzaqlaşdırmağa çalışıb.
Jurnalistləri görən Murad Boz isə çölə çıxmayıb.
Qeyd edək ki, M.Boz aktrisa Aslı Enverlə sevgilidir. Media onun aktrisaya xəyanət etdiyini yazıb.