BMT Uşaq Fondu (UNİCEF) Mərkəzi Afrika Respublikasında baş verən şiddət hadisələri və qeyri-sabitlik səbəbindən 1 milyondan çox uşağın həyatının təhlükədə olduğunu bildirib.

Unikal.org qaynar-a istinadən xəbər verir ki, bu barədə BMT-in Cenevrə ofisində təşkil olunan mətbuat konfransında UNİCEF sözçüsü Kristof Boulierac deyib.

O, bu ölkədə təkcə mart ayı ərzində 14 bədbəxt hadisənin baş verdiyini qeyd edib.

"890 min nəfər insan öz yurd-yuvasından didərgin düşüb. Yarısı uşaq olmaqla 2,2 milyon insanın yardıma ehtiyacı var".

Sözçü həmçinin 400 milyon dollarlıq yardım fondunun bu ölkədəki problemin sadəcə 11 faizini qarşılaya biləcəyini dilə gətirib.