Tanzaniyada ibtidai sinif şagirdlərini daşıyan avtobus dərəyə yuvarlanaraq, ağaca çırpılıb.

Unikal.org-un "Sky News-a istinadən verdiyi xəbərə görə, qəza Karatu rayonunda qeydə alınıb.

Polisin məlumatına görə, qəza nəticəsində 34 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Məlumata görə, ölənlərdən üçü müəllim, biri sürücü, qalanları uşaqlardır.

Qəzanın səbəbləri araşdırılır.