Türkiyənin Adıyaman bölgəsində Ömər Faruq Yılmaz adlı şəxs gəzdiyi zaman 1 kq ağırlıqda asteroid parçası tapıb.

Unikal.org xəbər verir ki, o, asteroid parçası barədə internetdə araşdırma aparıb və ekspertlərə müraciət edib.

Ekspertlər bildirib ki, asteroid parçası 2 min il əvvəl yer kürəsinə kosmosdan düşüb.

Asteroid parçasının 100 min türk lirəsi dəyərində olduğu qeyd olunur.