Almaniyanın Hannover şəhərində bu gün səhər saatlarında 50 min insan köçürülüb. Səbəb isə 2-ci Düya Müsahibəsindən qalan bombalardır.

Unikal.org bildirir ki, verilən məlumata görə ərazidə təmizləmə işləri aparıldıqdan sonra  hannoverlilər axşam saatlarında evlərinə dönə biləcəklər. 

Qeyd edək ki II Dünya Müharibəsində müttəfiq dövlətlər Hannoveri bombalamış və şəhərin böyük hissəsi yerlə yeksan olmuşdur.  

1943-cü ilin oktyabrında atılan 261 min bomba ilə 1245 insan həyatını itirmiş, 250 min insan evsiz qalmışdır.