Bolqarıstanda dağda iki turist ölüb.

Unikal.org xarici mətbuata itinadən xəbər verir ki, bu barədə Bolqarıstan Dağ-Xilasetmə Xidməti məlumat yayıb.

Qadın və kişi turistin cəsədləri bu gün Stara dağındakı Kiçik Kupen zirvəsi rayonunda aşkarlanıb. İlkin məlumata görə, dünən 3 turistdən ibarət qrup dumanda yolu azıb. Qrupdakı bir qadın sürüşüb və qayadan düşüb. Qadına kömək etmək istəyən yoldaşı da qayadan düşüb və həyatını itirib. Üçüncü turist dağdakı sığınacağa gəlməyi bacarıb və xilasedicilərlə əlaqə saxlayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.