Azərbaycan Dövlət Musiqili Teatrın aktrisası Telli Hüseynovanın eyvanı qəzalı vəziyyətdədir.

Unikal.org xəbər verir ki, bu barədə aktrisanın özü sosial şəbəkədə məlumat verib. 

O, pis vəziyyətdə olan eyvanının fotolarını paylaşaraq bu sözləri yazıb:

"Bu mənim qızalı eyvanımdır. Çürüyüb və çöküb. Neçə illərdir təmir etdirməyə imkanım olmayıb, çürüyüb bu vəziyyətə düşüb. İndi də çərçivə çürüyüb şüşəsi qopub aşağı düşüb. Yaxşı ki, kimsəyə xəsarət dəyməyib. Allah qorusun, çərçivə də kiminsə başına düşə bilər. 1 həftədir bu vəziyyətdədir - deyə, aktrisa həyəcan təbili çalıb.

Düşünürəm söküb düzəldim, amma bilirəm ki, MİS-dən (Mənzil İstismar İdarəsi) və "uçastkovıy (Sahə müvəkkili ) həmin an gəlib başımın üstünü kəsdirəcəklər. Şəkilləri paylaşıram ki, şahidim olsun. Görsünlər vəziyyət nə yerdədir. Hamı bilsin ki, eyvanımı kefimdən sökmürəm. Sabah MİS, sahə müvəkkili gəlib oyun çıxarmasınlar. Təcili sökülməlidir. Özüm sökərəm, bir təhər də düzəldərəm, amma başımı ağrıtmasınlar. Onlara verməyə 50-100 manatım yoxdur. Onu da deyim ki, adıçəkilən qurumların nümayəndələri eyvana baxış keçiriblər və sökülüb təmir edilməsinin icazəsi üçün qiymət də "oxuyublar.