Əfqanıstanda İŞİD terror qruplaşmasının bu ölkədəki lideri Abdul Xasib məhv edilib.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Əfqanıstanın prezidenti Əşrəf Qani bəyan edib.
Abdul Xasib ötən ilin avqustunda Əfqanıstan və ABŞ hərbçilərinin keçirdiyi birgə əməliyyat nəticəsində məhv edilən Hafiz Səid Xanı əvəzləmişdi. Hafiz Səid Xan İŞİD-in Əfqanıstan, Pakistan, İranın şərqi və Mərkəzi Asiyanın bir hissəsini özündə birləşdirən "Xorasan əyalətinin başçısı hesab edilirdi.