Türkiyənin məşhur müğənnisi Hande Yenerin başına iş gəlib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi ticarət mərkəzlərindən birində konsert verib. Konser zamanı ifaçı səhnədə rəqs edən rəqqaslardan biri ilə toqquşub. Nəticədə Hande Yenerin dişi qırılıb və dodağı partlayıb.
Vəziyyətinin yaxşı olduğunu deyən sənətçi "Uçan təpik yedim" deyərək konsertinə davam edib.