Xəbər verdiyimiz kimi, aparıcı Vüsalə Əlizadə rol aldığı "Qardaşlar serialından uzaqlaşıb.
Unikal.org xəbər verir ki, ekran işinin baş prodüseri, aktyor Elməddin Cəfərov axşam.az-a açıqlamasında məsələyə münasibət bildirib.
O deyib ki, sentyabrda yenidən V.Əlizadəni ekran işinə dəvət edəcəklər:
"Yeni serialımız olacaq, Vüsaləni ora çağıracağıq. Ayrılmasının heç bir qalmaqallı səbəbi yoxdur.
"Vəfa Zeynalova da serialdan ayrıldı və dediniz sentyabrdan ekran işinə qayıdacaq sualına E.Cəfərov belə cavab verib:
"Bu haqda danışmaq istəmirəm. Artıq qalmaqal iyi gəlir. Vəfa Zeynalova başqa bir seriala çəkilirdi, ona görə də bizimlə yollarını ayırdı.
Aktyor "Qardaşlar, "Qız atası və "Bacanaqlar seriallarının yeni mövsümdə davam edib-etməyəcəyindən də danışıb:
"Mövsümü başa vurub, iclas edəcəyik. Onda hansının qalıb, hansının davam edəcəyinə qərar veriləcək. Yeni bir serial da çəkəcəyik. Ciddi janrda ekran işi hazırlayıram. Çox böyük bir layihədir. Bu riski gözə almışam.