Somalinin paytaxtı Moqadişoda minalanmış avtomobilin partladılması nəticəsində azı 6 nəfər ölüb, 12 nəfər yaralanıb.

Unikal.org-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə şəhərin mərkəzində, italyan kafesinin qarşısında baş verib.

Partlayışa görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, ötən gün Somalinin cənubunda "Əş-Şəbab terror qruplaşmasının liderlərindən biri Abdi Badip məhv edilib. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.