Aralıq dənizində 295 miqrantı aparan 2 gəmi batıb.

Unikal.org-un  Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, gəmilərin batması nəticəsində 245 nəfər həlak olub və ya itkin düşüb. Gəmilərdən yalnız 50 nəfəri xilas etmək mümkün olub.

BMT-nin qaçqınlarla işlər üzrə Ali komissarı İdarəsinin rəsmi nümayəndəsi Sesil Puyi deyib ki, 2017-ci ilin əvvəlindən Aralıq dənizi ilə Avropaya keçmək istəyən 1300-dən çox miqrant həlak olub.