Şaxtada çalışan bir neçə fəhlə yüksəklikdən yıxılıb.

Onlardan 4-nün öldüyü, bir neçə nəfərin isə itkin düşdüyü bildirilir. Hadisə zamanı habelə bir neçə nəfər də yaralanıb.

 Unikal.org report-a istinadən bildirir ki, ölkənin baş naziri Georgi Kvirikaşvili hadisə ilə əlaqədar xüsusi bəyanatla çıxış edib. O, hadisənin səbəblərinin araşdırıldığını bildirib.
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi faktı təsdiqləyib, nazir Qeorqi Qaxariyanın əmri ilə Tikintilərə Texniki Nəzarət Agentliyinin əməkdaşları hadisə yerinə göndəriliblər.

Nazirin sözlərinə görə, hazırda qəzanın səbəbləri araşdırılır və ictimaiyyətə ətraflı məlumat veriləcək.
Hazırda hadisə yerində xilasetmə işləri davam edir.