"Star TVdə yayımlanan "Zuhal Topalla evlilik verilişinə azərbaycanlı futbolçu Orxan qatılıb.

Unikal.org-un məlumatına görə, Orxan proqramda yer alan Ezgiyə namizəd olub. 25 yaşı olan Orxan Azəbaycanda peşəkar futbolçu olduğunu, ayağından zədə aldığı üçün 7 aydır bu sahədən uzaqlaşdığını söyləyib.

Ezgi "Orxan uzaqdan gəlib. Onunla çay içməyə gedib, vaxtını almaq istəmirəm. Gələn namizədlərim içərisində ən yaraşıqlısıdır. Bəyənmədim. Qəlbim isinmədi" deyə, söyləyib.

Orxan verilişdə qalıb iştirakını davam etdirmək istədiyini söyləyib.