Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə təcili iclas keçirib.

Unikal.org-un Ria.ru-a istinadən məlumatına görə, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib.

D.Peskov bildirib ki, iclasda gündəmdə olan məsələlər və beynəlxalq problemlər müzakirə edilib.

İclas zamanı Rusiya XİN rəhbəri Sergey Lavrovun ABŞ-a səfəri, eləcə də Suriya məsələsinə də toxunulub.