İnsanın zahiri görünüşü daxili aləmindən xəbər verir. Türkan zəng edib, mahnımı istədi. Əvvəl qorxurdum, sonra birlikdə müzakirə etdik. Hər bir müğənninin öz dəsti xətti olur.

Unikal.org-un axşam.az-a istinadən məlumatına görə, bu sözləri xalq artisti Nisə Qasımova "Lider maqazin"ə açıqlamasında deyib.

N.Qasımova ifaçı Türkan Heydərovanın onun "Gözləyəcəm" mahnısını oxumaq istəməsinə münasibət bildirib:

"Onun səsyazma prosesində iştirak etmək istəyirdim. Amma dedilər ki, həyəcanlanacaq. Mahnını həyatımdan bəzi şeylərin getdiyi ərəfədə oxumuşdum. Həmkarlarıma tövsiyə edirəm ki, gənc ifaçıları tapdalamaq olmaz. Sağlam fikir bildirmək lazımdır. Məndə mahnılarıma qarşı qısqanclıq olmur. Mahnılarıma çox müğənnilər müraciət edib. Hər zaman demişəm ki, ora bayağı ritmlər gətirməyin. Aranjimançılarla hər zaman düşmən oluram".