Əməkdar artist Abbas Bağırov mayın 23-də baş tutacaq toyundan danışıb.
Unikal.org-un məlumatına görə, "Hər şey daxilin qonağı olan müğənni özünə 3 gün toy edəcəyini bildirib:
"Mənim eləyəcəyim toy tamamilə başqa tərzdə olacaq. Musiqiçi olduğum üçün istədim ki, öz şad günümü həmkarlarımla da bölüşüm. Hamını bir yerə dəvət etsəm, bu, mümkün deyil. Heç elə bir restoran da yoxdur ki, hamı yerləşə bilsin. Bəy-gəlin olan toy isə az bir adamla ailənin daxilində keçiriləcək. Düzü, mən heç istəmirəm qapıda trio çalınsın, vağzalı səsi mənim ürəyimdə çalınır.
İnsan əsas xoşbəxt olsun, o xırdalıqlar boş şeylərdir. 70 maşından ibarət kortej filan - bu standartlardan bir az uzağam. Çünki bunların hamısını görmüşəm deyə, istədim bir az fərqlənim.
Abbas "Toyunda kim oxuyacaq sualına isə belə cavab verib:
"Mənim üçün çətin olacaq. O qədər hamının toyuna getmişəm ki, indi fikirləşirəm, kim olsun. Amma yəqin ki, hamı oxuyacaq, çünki mən bir nəfərlə beynimi yora bilmərəm.
Aparıcı çox güman ki, özüm olacam (gülür). O planlar haqda bir az indidən məlumat vermək düzgün deyil. Toy olsun, özünüz görün.
Qeyd edək ki, bu, A.Bağırovun ikinci nikahıdır. Onun ilk evlilikdən bir qız övladı var.axşam.az