Türkiyənin Dənizli Pamukkale mahalı Asmalıevler Məhəlləsində səhər yolun ortasında avtomobilin içində yatan 2 adamı görən vətəndaşlar təəccüblərini gizlədə bilməyiblər.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, gecə həddindən artıq alkoqol qəbul edən sürücü və onun yanında olan şəxs avtomobili yolun ortasında saxlayıb və oradaca yatıblar.
Səhər saatlarında yolda tıxac yaranıb. İnsanlar və ən çoxda yolun bağlanmasını görüb, onları oyatmağa çalışan sürücülər nə qədər çalışsalarda məqsədlərinə çata bilməyiblər. Hadisə yerinə gələn polislər isə 2 saat ərzində alkoqol qəbul edən şəxləri oyada bilib.
Hər iki şəxs barəsində protokol yazılaraq müvaffiq cəza tədbirlərin görüləcəyi deyilib.