"Qəndab Quliyeva hələ sağdır. Süni nəfəs aparatına qoşulub. Amma vəziyyəti olduqca ağırdır. Çox ağırdır."
Unikal.org xəbər verir ki, bu sözləri PrimeTime.Az-a xalq artisti Qəndab Quliyevanı müalicə edən həkim Şahin Xəlilov bildirib.
Mətbuatda xalq artistinin ölüm xəbəri yayılıb. Bu səbəbdən Respublika Diaqnostika Mərkəzinə zəng edən, narahat olan hər kəsə cavab olaraq Qəndab Quliyevanın müalicə həkimi, kardeoloq Şahin Xəlilov açıqlama verib. Şahin Xəlilov bildirib ki, "Hazırda nəsə demək çox çətindir. Çünki vəziyyət olduqca ağırdır. Qəndab Quliyeva böyrək, ürək və tənəffüs çatışmazlığından əziyyət çəkir. Süni nəfəs aparatına qoşulub. Amma son durumu çox ağırdır."