Xalq artisti Qəndab Quliyeva rəhmətə gedib.
Unikal.org-un məlumatına görə, bu barədə sosial şəbəkədə millət vəkili Qənirə Paşayeva məlumat verib.
Qeyd edək ki, bir neçə dəfə insult keçirən xalq artisti Qəndab Quliyevanın vəziyyəti bu ilin fevral ayından ağırlaşmışdı. Bir neçə gündür Respublika Diaqnostika Mərkəzinə yerləşdirilən xanəndənin bu sabah vəziyyəti pisləşdiyindən həkimlər onu süni nəfəs aparatına qoşmuşdular. Vəziyyətində heç bir irəliləyiş olmayınca, həkimlər Q.Quliyevanın ailə üzvlərinə onu evə aparmağı məsləhət görüblər.
Xalq artisti xəstəxanadan çıxandan sonra dünyasını dəyişib.